“DEAŞ üzvü vətəndaşlarınızı geri alın”, M.Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Avropa ölkələrini ələ keçirilən DEAŞ üzvü vətəndaşlarını təhvil almağa çağırdı.

1306867
“DEAŞ üzvü vətəndaşlarınızı geri alın”, M.Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Avropa ölkələrini ələ keçirilən DEAŞ üzvü vətəndaşlarını təhvil almağa çağırdı.

ABŞ rəhbərliyində DEAŞ Əleyhinə Koalisiyanın nazirlər səviyyəsində keçirilən yığıncağı Vaşinqtonda öz işinə başlayıb. 

Pompeo yığıncağın açılış hissəsində etdiyi çıxışda deyib:

“Koalisiya üzvləri saxlanılan minlərlə DEAŞ üzvü xarici terrorçunu təhvil almalı və işlədikləri vəhşətlərdən məsul tutulmalıdır. Koalisiya üzvləri DEAŞ-la mübarizə zamanı zərər görən İraq və Suriyanın əsas quruluşunun bərpası üçün məsuliyyət  götürməlidirlər. Milyonlarla qaçqının ölkələrinə qayıda bilməsi üçün bu proses böyük əhəmiyyət daşıyır”.

Pompeo DEAŞ-ın mövcudluğuna böyük ciddi səviyyədə qoyulduğunu, ancaq təhdidin davam etdiyini bildirərək, təşkilatın xüsusilə Şimali Afrika və Səhra çölü ətrafında yenidən təşkilatlanmağa cəhd göstərdiyini söyləyib.

Mətbuata qapalı davam edən açılış iclasında ölkəmizin xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyənin DEAŞ-a qarşı apardığı mübarizəni vurğulayıb.

Çavuşoğlu Türkiyənin terrorun hər növü ilə ciddi şəkildə mübarizə apardığını və bu mübarizəni davam etdirməkdə qətiyyətli olduğunu bildirib.

Koalisiya üzvü ölkələrin xarici işlər nazirləri iclasdan əvvəl birgə şəkil də çəkdiriblər.



Әlaqәli Xәbәrlәr