İsrail әsgәrlәri 8 fәlәstinlini dә hәbs edib

Bu barәdә Fәlәstin Әsirlәr Cәmiyyәtindәn  verilәn mәlumatda bildirilib.

1306639
İsrail әsgәrlәri 8 fәlәstinlini dә hәbs edib

 

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә sәkkiz  fələstinlini həbs edib.

Bu barәdә Fәlәstin Әsirlәr Cәmiyyәtindәn  verilәn mәlumatda bildirilib.

Məlumata görə,  İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә sәkkiz  fәlәstinlini saxlanılıb. Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib.

Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.

İşğal altındakı Şәrqi Qüds vә  İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Saxlanılan fәlәstinlilәrin günlәrlә nәzarәt mәntәqәlәrindә saxlanıldıqları bildirilir.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək  fәlәstinli mәhbus var.



Әlaqәli Xәbәrlәr