Әfqanıstanda Taliban ilә polis әmәkdaşları arasında qarşıdurma olub

Bu barәdә Kapisa vilayәtinin Polis İdarәsinin sözçüsü Şukur Şayik jurnalistlәrә verdiyi mәlumatda bildirib.

1306486
Әfqanıstanda Taliban ilә polis әmәkdaşları arasında qarşıdurma olub

 

Taliban qruplaşmasının Әfqanıstanın Kapisa vilayәtinin Nicrab qәsәbәsinә tәşkil etdiyi hücum nәticәsindә iki polis әmәkdaşı hәlak olub.

Bu barәdә Kapisa vilayәtinin Polis İdarәsinin sözçüsü Şukur Şayik jurnalistlәrә verdiyi mәlumatda bildirib. O, hadisәnin Nicrab qәsәbәsinin mәrkәzindә baş verdiyini deyib. Hücumdan sonra qarşıdurmanın yaşandığı qeyd olunub.

Qarşıdurma zamanı ili polis әmәkdaşının hәlak olduğunu deyәn Şayik üç polisin dә xәsarәt aldığını söylәyib.

Şayik hәmçinin qarşıdurma zamanı 10 silahlının öldürüldüyünü, 13-nün dә yaralandığını qeyd edib.

Taliban verdiyi açıqlamada isә hücum nәticәsindә bәzi bölgәlәrin qruplaşmanın nәzarәtinә keçdiyini bildirib.



Әlaqәli Xәbәrlәr