Cənubi Afrika Hava Yolları (SAA) bütün uçuşları ləğv etdi

Uzun müddətdir maliyyə çətinlik yaşayan Cənubi Afrika Hava Yolları “SAA” işçilərinin tətil aksiyasına başlama qərarından sonra bütün uçuşlar ləğv edildi.

1306293
Cənubi Afrika Hava Yolları (SAA) bütün uçuşları ləğv etdi

Cənubi Afrika Hava Yolları şirkətindən yayılan açıqlamada: “ İşçilərin üzv olduqları iki həmkarlar ittifaqının tətil aksiyası qərarından sonra cümə və şənbə günlərinə olan daxili və beynəlxalq reyslər ləğv edildi”.

“SAA” şirkətinin bu qərarından ölkədəki digər hava yolları şirkətlərinin təsirlənməyəcəyi ifadə edilən açıqlamada sərnişinlərdən şirkət ilə əlaqə saxlamazdan hava limanına gəlməmələri tələb edilib.

Qeyd edək ki, Cənubi Afrikanın milli hava yolu şirkəti “SAA” təxminən 900 işçini işdən qovmağı planlaşdırır. Buna səbəb isə maliyyə problemləri  göstərir.



Әlaqәli Xәbәrlәr