Boliviyada iğtişaşlar zamanı ölənlərin sayı

Boliviyada müxalifətin güclü olduğu Santa Kruz vilayətinə bağlı Montero və Yapacani şəhərlərində davam edən hadisələrdə daha 2 nəfər həyatını itirdi.

1306326
Boliviyada iğtişaşlar zamanı ölənlərin sayı

Boliviyada müxalifətin güclü olduğu Santa Kruz vilayətinə bağlı Montero və Yapacani şəhərlərində davam edən hadisələrdə daha 2 nəfər həyatını itirdi. Bununla da 400-dən çox insanın yaralandığı hadisələrdə ölənlərin sayı 9-a çıxdı.

Morales əleyhinə 70 gün əvvəl tətilə başlayan həkimlər isə, ölkənin böyük hissəsində yenidən xidmət göstərməyə başlayıblar.

Mədən bölgəsi Parotanidə şose yol Morales tərəfdarı mədənçilər tərəfindən bağlandıqda, qərbdə isə yenə Morales tərəfdarı yerlilər bölgədəki yolu barrikadalar quraraq balğayıblar.

Bu bölgədəki etirazlar Argentina və ölkə daxilindəki təbii qaz nəqyillatında da axsamaların başlamasına səbəb olub.

Qéyd édek ki, Boliviyada Baş Qərargah rəisi Vilyıms Kaliman və Silahlı Qüvvələrinin Ali Komandanlığının nümayəndələri Senatorlar Palatasının ikinci vitse-spikeri Janin Anyesi müvəqqəti dövlət başçısı kimi tanıyıb və ona dəstək olduqlarını bildiriblər.

Bu barədə ölkədəki "Pagina Siete" internet saytında bildirilib və Anyesin müvəqqəti prezident olduğuna dair qərar təsdiqlənib.

Xatırladaq ki, noyabrın 10-da Evo Moralesin istefa verməsinindən sonra vitse-prezident Alvaro Qarsiya Linera da istefaya gedib.

Boliviya Konstitusiyasına görə, prezidentin və vitse-prezidentin istefası halında ölkəyə Senatorlar Palatasının sədri rəhbərlik etməlidir. O da vəzifəsini tərk edərsə, dövləti müvəqqəti olaraq Deputatlar Palatasının sədri idarə edir. Ancaq hər iki palatanın sədri - Adriana Salvatyerra və Viktor Borda da istefa verib. Hakimiyyətin ötürülməsi ilə bağlı növbəti prosedur Boliviya qanunlarında açıqlanmadığından vəziyyət dolaşıq idi. Ancaq Janin Anyes A.Salvatyerra və onun birinci müavininin istefasından sonra yuxarı palatanın sədri vəzifəsini icra etməli olduğunu, buna görə həm də dövlət başçısının vəzifələrini üzərinə götürəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr