BMT Qәzza ilә bağlı xәbәrdarlıq edib

Birləşmiş Millətlər Təşkilatı  Qəzzada yaşanan gәrginlik ilә bağlı xәbәrdarlıq edib.

1306220
BMT Qәzza ilә bağlı xәbәrdarlıq edib

 

Birləşmiş Millətlər Təşkilatı  Qəzzada yaşanan gәrginlik ilә bağlı xәbәrdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatının  Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov verdiyi yazılı açıqlamada  İsrail ilə Qəzzadakı İslam Cihad Hərəkatı arasında yaşanan gәrginliyә görә narahat olduqlarını söylәyib.

Mladenov  mülki yaşayış mәntәqәlәrinә edilәn hücumların qәbuledilmәz olduğunu deyib.

‘‘Yaşanan gәrginlik çox tәhlükәlidir vә bu vәziyyәt Qәzzadakı  sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün göstәrilәn sәylәrә zәrbә vurur’’,-deyә Birləşmiş Millətlər Təşkilatının  Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatörü vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr