Boliviyada iğtişaşlar, yanğınlar və məmurların evlərinə hücumlar davam etməkdədir

Boliviyada ordunun istefasını tələb etməsindən sonra prezident vəzifəsindən ayrılan Evo Morales tərəfdarları ilə onun əleyhinə olanlar nümayiş keçiriblər.

1304665
Boliviyada iğtişaşlar, yanğınlar və məmurların evlərinə hücumlar davam etməkdədir

 

  Boliviyada ordu da istefa tələb etdikdən sonra prezident vəzifəsindən ayrılan Evo Moralesin tərəfdarları ilə əleyhdarları ayrı-ayrılıqda mitinqlər təşkil ediblər.

  Paytaxt La Pasın bəzi bölgələrində nümayişçilər arasında atışmalar olub. Polislər etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

  Hadisələr zamanı tutulanlar olduğu bildirilib.

  Sosial şəbəkə hesabından açıqlama verən E.Morales hökumətə qarşı müxalifətin tərəfinə keçən polisin La Pas və Alto şəhərlərində nümayiş keçirən hökumət tərəfdarlarına həqiqi güllələr açdığını yazıb.

  Qeyd edək ki, Boliviya mətbuatında yer alan xəbərlərə görə, ordunun tələbindən sonra Evo Morales noyabrın 10-da gecə radələrində istefa verdikdən sonra qarət hadisələri olub: La Pasın cənubunda bir qarajda 60-dan çox avtobus oda verilib, bəzi iş yerləri qarət edilib və yandırılıb.

  Ölkədə iş yerlərinin açılmadığı, məktəblərdən bəzilərinin bağlandığı və digər problemlərə etiraz bildirən camaat müxtəlif bölgələrdə barrikadalar quraraq olduqları yerləri qorumağa cəhd göstərib.

  Onu da qeyd edək ki, Boliviyada prezident seçkiləri keçirilənədək vəzifədə olacaq keçid hökuməti üçünsə müxalifətin nümayişləri davam edir.



Әlaqәli Xәbәrlәr