“Türkiyə Avropanın təhlükəsizliyi baxımından kilid mövqeyə malik ölkədir”, Y.Stoltenberq

"Türkiyə Avropada təhlükəsizliyin qorunması baxımından əhəmiyyəti ölkədir", bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Türkiyə Avropanın təhlükəsizliyi baxımından kilid mövqeyə malik ölkədir”, Y.Stoltenberq

  Yens Stoltenberq Almaniyanın Berlin şəhərindəki Körber Fondunda etdiyi çıxışında ölkələrin təhlükəsizlik siyasətinə münasibət bildirib. Avropa İttifaqının regionda təhlükəsizliyi təkbaşına bərpa edəcək gücə malik olmadığını qeyd edib.

  NATO-nun əhəmiyyətinə diqqət çəkən Stoltenberq Avropanın təhlükəsizliyinin qorunmasında əhəmiyyətli mövqeyə sahib ölkələrin Norveç, ABŞ, Kanada və Böyük Britaniya və cənubda isə Türkiyə olduğunu xatırladıb. Alyansa üzv ölkələrdən müdafiə xərclərini NATO-nun tələb etdiyi səviyyəyə çıxarmalarını istəyib və Almaniyanın müdafiə vəsaitini ABŞ-ın tələblərinə cavabdeh olmaq üçün yox, öz təhlükəsizliyini təmin etmək üçün artırmasının vacibliyini vurğulayıb.

  Qeyd edək ki, NATO-nun baş katibi Stoltenberq keçən həftə "Bild am Sonntag" qəzetinə müsahibəsində demişdi: “Bütün üzvlər Türkiyənin əhəmiyyətli müttəfiq olduğunu dərk etməlidir. Terrora qarşı güclü mübarizə aparan Türkiyə qədər heç bir ölkə suriyalı qaçqına ev sahibliyi etmədi”.

 



Әlaqәli Xәbәrlәr