İsrail әsgәrlәri 12 fәlәstinlini dә hәbs edib
Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.
1300612

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә 12 fələstinlini həbs edib.
Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.
Məlumata görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 12 fәlәstinlini saxlanılıb. Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib.
Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.
İşğal altındakı Şәrqi Qüds vә İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.