Burkina Fasoda silahlı hücum, ölәnlәr var

Yerli media orqanlarının mәlumatına әsasәn, hadisә Oudalan vilayәtindә baş verib.

1300512
Burkina Fasoda silahlı hücum, ölәnlәr var

 

Burkina Fasonun şimalındakı hәrbi hissәyә hücum tәşkil edilib.

İlkin mәlumatlara görә hücum nәticәsindә 5-i hәrbçi olmaqla on nәfәr hәlak olub. Yerli media orqanlarının mәlumatına әsasәn, hadisә Oudalan vilayәtindә baş verib. Hücumun namәlum şәxslәr tәrәfindәn törәdildiyi bildirilir.

Tәhlükәsizlik mәnbәlәri hücum nәticәsindә beşi hәrbçi olmaqla on nәfәrin hәlak olduğunu tәsdiqlәyib.

Tәcavüzkarlar silah-sursat anbarını da yandırıb.

Qeyd edәk ki, Burkina Fasoda terror tәşkilatları tәrәfindәn törәdilәn hücumlar nәticәsindә son dörd ildә 500-dәn çox adam hәlak olub.

Artan terror hücumları sәbәbindәn Burkina Fasonun mәrkәzindә, şimalında, qәrbindә vә Şahel bölgәsindә fövqәladә vәziyyәt rejimi elan edilkmişdi.



Әlaqәli Xәbәrlәr