Taliban hücum etdi, beş nәfәr hәlak oldu

Bu barәdә Badahşan vilayәtinin Polis İdarәsinin mәtbuat katibi Sanaullah Ruhani mәlumat verib.

1299620
Taliban hücum etdi, beş nәfәr hәlak oldu

 

Taliban silahlılarının Әfqanıstanın Badahşan vilayәtinin Nusay qәsәbәsinә tәşkil etdiyi hücum nәticәsindә beş tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub. 

Bu barәdә Badahşan vilayәtinin Polis İdarәsinin mәtbuat katibi Sanaullah Ruhani mәlumat verib. O, silahlıların Nusay qәsәbәsinin mәrkәzinә hücum etdiyini deyib.

Hücum nәticәsindә beş tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğunu bildirәn Sanaullah Ruhani qeyd edib ki, hücumdan sonra baş verәn qarşıdurma nәticәsindә dörd Taliban silahlısı öldürülüb.

Taliban isә hücum zamanı on tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğunu iddia edib.



Әlaqәli Xәbәrlәr