Taliban polis mәntәqәsinә hücum etdi, ölәnlәr var

Bu barәdә Sançarak qәsәbәsinin rәsmisi Nakibullah Dakik mәlumat verib.

1298985
Taliban polis mәntәqәsinә hücum etdi, ölәnlәr var

 

Taliban silahlılarının Әfqanıstanın şimalındakı Sar-i Pul vilayәtinin Sançarak qәsәbәsindәki polis mәntәqәsinә tәşkil etdiyi hücum nәticәsindә iki polis әmәkdaşı hәlak olub.

Bu barәdә Sançarak qәsәbәsinin rәsmisi Nakibullah Dakik mәlumat verib. O, silahlıların Tophane bölgәsindәki polis mәntәqәsinә hücum etdiyini deyib.

Dakik qarşıdurma zamanı iki polis әmәkdaşının hәlak olduğunu, iki polisin dә xәsarәt aldığını deyib.

Qarşıdurma zamanı hәmçinin 15 silahlının öldürüldüyü, 15 silahlının da yaralandığını bildirilib.



Әlaqәli Xәbәrlәr