ABŞ-dan İrana yeni sanksiya qərarı

ABŞ İranın tikinti sektoru ilə hərbi sahədə istifadə olunan bir sıra əhəmiyyətli materialların ticarətini hədəf alan yeni sanksiya qərarı qəbul etdi.

1298237
ABŞ-dan İrana yeni sanksiya qərarı

ABŞ İranın tikinti sektoru ilə hərbi sahədə istifadə olunan bir sıra əhəmiyyətli materialların ticarətini hədəf alan yeni sanksiya qərarı qəbul etdi.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo tərəfindən verilən açıqlamada bildirilib ki, rəsmi Tehrana qarşı sanksiya rejiminin sərtləşdirilməsinə davam ediləcək. İran İnqilab Keşikçilərinin əlində yaxud da təsirində olan tikinti sektoru hədəf alınmışdır. Ayrıca İranın nüvə və ballistik raket proqramında istifadə olunan 4 materialın ticarəti də sanksiya qərarına daxil edildi.

ABŞ daha əvvəl də İranın maliyyəsini hədəf alaraq, İran Mərkəzi Bankını sanksiya sihayısına salmışdı. Rəsmi Vaşinqton həmçinin İran lideri Ayetullah Əli Xamneyi, xarici işlər naziri Cavad Zərif və İran İnqilab Keşikçiləri Qvardiyasını da sanksiya siyahısına daxil etmişdi.  



Әlaqәli Xәbәrlәr