"Avropa İttifaqı Suriyadakı sülh prosesinə lazımlı dəstəyi verməkdə hazırdır" : Moqerini

Moqerini Suriya Konstitusiya Komitəsi iclasında iştirak edǝn tǝrǝflǝrǝ çağırış edib.

1297475
"Avropa İttifaqı Suriyadakı sülh prosesinə lazımlı dəstəyi verməkdə hazırdır" : Moqerini

 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Nümayəndəsi Federika Moqerini Suriya Konstitusiya Komitəsi nəzdində ilk dəfə bir araya gələn rejim, müxalifət və dinç əhalini təmsil edən nümayəndələrə vicdanla işləmələri və bütün Suriya xalqına töhfə verəcək nəticə əldə edilməsi uğrunda səy göstərmələri haqqında çağırış edib.

Moqerini mövzu ilə əlaqəli yazılı açıqlamasında: “Suriya Konstitusiya Komitəsinin ilk iclasının keçirilməsi 2015-ci ildən bəri atılması gözlənilən əhəmiyyətli addım hesab edilir. Mövcud mərhələdə Komitə vicdan və yaxşı niyyətlə çalışmalı və bütün Suriya xalqının xeyrinə səy göstərməlidir. Proses Suriyalılar tərəfindən həyata keçirilməlidir”-deyə moqerini vurğulayıb.

Suriya böhranını həll etmək üçün Konstitusiya Komitəsinin fəaliyyətlərinin qənaətbəxş olmadığına işarə edən Moqerini bütün addımların BMT qətnamələri çərçivəsində atılmasının əhəmiyyətinə diqqət çəkib və Avropa İttifaqının Suriyadakı sülh prosesinə lazımlı dəstəyi verməkdə hazır olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr