Livanın baş naziri Hariri istefa verdi

Livanın baş naziri Saad əl-Hariri istefasını prezident Mişel Auna təqdim edib.

1296905
Livanın baş naziri Hariri istefa verdi

Livanın baş naziri Saad əl-Hariri istefasını prezident Mişel Auna təqdim edib.

Hariri istefasını açıqladığı mətbuat konfransından sonra paytaxt Beyrutun şərqində yerləşən Baabda Prezident iqamətgahına gedib.

Livanda oktyabrın 17-dən bəridir davam edən hökumət əleyhinə etirazlar səbəbindən istefa verən Hariri prezident Auna istefa məktubunu təqdim etdikdən sonra açıqlama vermədən saraydan ayrılıb.  

Haririnin istefa ərizəsi daha sonra Prezident Aparatı tərəfindən yayılıb.

İstefa ərizəsində ölkənin qarşı-qarşıya olduğu daxildəki çətinlikləri nəzərdə tutaraq “müsbət bir şok” yaratmaq məqsədilə bu addımı atdığını qeyd edən Hariri “Çətinliklər qarşısında güclü iradəyə sahib və livanlıların ali maraqlarını müdafiə edəcək yeni hökumətin qurulması qərarına gəldim. Hökumətimin istefasını təqdim edir, sizə uğurlar diləyirəm” ifadələrini işlədib.

Qeyd edək ki, Livanda hökumət əleyhinə aksiyanın iştirakçıları paytaxt yollarını, habelə şimal və cənub rayonlarını birləşdirən magistral yolları bağlayır. Etirazçılar hökumətin və parlamentin buraxılmasını, növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.



Әlaqәli Xәbәrlәr