Baş nazirin təklifi parlamentdə üçüncü dəfə rədd edildi

Parlamentin alt qanadı - “Avam kamerası”nda səsvermədə erkən seçki təklifi üçün 70 lehinə, 299 əleyhinə səs toplandı. Yəni təklif parlamentdən keçməsi üçün lazım olan əksəriyyəti qazana bilmədi.

1296384
Baş nazirin təklifi parlamentdə üçüncü dəfə rədd edildi

 

  İngiltərədə baş nazir Boris Consonun erkən parlament seçkilərinə gedilməsini nəzərdə tutan təklifi üçüncü dəfə rədd edildi.

  Təklifdə seçki tarixi 12 dekabr olaraq nəzərdə tutulmuşdu.

  Parlamentin alt qanadı - “Avam kamerası”nda səsvermədə erkən seçki təklifi üçün 70 lehinə, 299 əleyhinə səs toplandı. Yəni təklif parlamentdən keçməsi üçün lazım olan əksəriyyəti qazana bilmədi.

  Baş nazir B.Conson bildirib ki, parlament seçkilərinə getmək üçün yenidən seçki vaxtı tələb edəcək.

  Müxalifət partiyaları isə erkən seçki edilməsi yerinə “Brexit”in (İngiltərənin Avropa İttifaqında çıxışı) Aİ müstəvisindən qaldırılmasını istəyir.



Әlaqәli Xәbәrlәr