"Əbubəkr əl-Bağdadi öldü, bir qorxaq kimi, qaçaraq və ağlayaraq", D.Tramp

Ağ Evdən verdiyi açıqlamada D.Tramp ABŞ-ın oktyabrın 26-sında gecə Suriyada keçirilən əməliyyatda Bağdadinin ölü ələ keçirildiyini bu sözlərlə bildirib...

1295579
"Əbubəkr əl-Bağdadi öldü, bir qorxaq kimi, qaçaraq və ağlayaraq", D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp terror təşkilatı DAEŞ-in sözdə başçısı Əbubəkr el-Bağdadinin Suriyada təşkil edilən əməliyyatla ölü ələ keçirildiyini açıqladı.

  Ağ Evdən verdiyi açıqlamada D.Tramp ABŞ-ın oktyabrın 26-sında gecə Suriyada keçirilən əməliyyatda Bağdadinin ölü ələ keçirildiyini bu sözlərlə bildirib:

  "Əbubəkr əl-Bağdadi öldü, bir qorxaq kimi, qaçaraq və ağlayaraq.

  Əməliyyat zamanı o, bir tunelə girdi. ABŞ-ın K9-ları onu izləyirdi.

  Bağdadi üzərindəki partlayıcılı yeləklə intihar etdi. DNT nəticələri ölən adamın o olduğunu təsdiq etdi.

  Son bir neçə həftədir Bağdadi tərəfimizdən izlənilirdi. Əməliyyatda Türkiyə, Rusiya, Suriya və İraqla koordinasiyalı şəkildə çalışdıq. Bu ölkələrə təşəkkürümü bildirirəm, çox kömək etdilər, əla oldu."



Әlaqәli Xәbәrlәr