Yaponiyada güclü yağışlar nəticəsində 10 nəfər həlak olub

Bu barədə Kyodo agentliyi  məlumat yayıb.

1295201
Yaponiyada  güclü yağışlar nəticəsində 10 nəfər həlak olub

Yaponiyada on  nəfər yağan güclü leysan yağışlarının qurbanı olub. 

Bu barədə Kyodo agentliyi  məlumat yayıb. Məlumata görə, Çiba prefekturasını cənginə alan güclü leysan yağışları azı 9 nəfərin, Fukuşima prefekturasında isə 1 nəfərin həyatına son qoyub. 

Daşqınlar səbəbindən 1800 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, 200 şagird məktəbdə qapalı qalıb.

Sanmu şəhərindəki məktəbdə qapalı qalan 60 şagird ilə müəlimlərinin xilas edildiyi bildirilib.

Çibada leysan yağışları səbəbindən yeddi çay məcrasından çıxıb,  çox sayda  sakin təxliyə olunub.

Təbii fəlakət nəticəsində bəzi xəstəxanalar və evlər su altında qalıb.

 



Әlaqәli Xәbәrlәr