London məhkəməsi Aidan Ceyms haqqında qərar qəbul etdi

İraq və Suriyada Terror təşkilatı YPG / PKK-ya məxsus düşərgələrdə təlim keçən İngiltərə vətəndaşı Aidan Ceyms terrora qarşı mübarizə qanunu çərçivəsində ölkəsində mühakimə olundu.

1294512
London məhkəməsi Aidan Ceyms haqqında qərar qəbul etdi

Londonda Old Bailey məhkəməsində mühakimə olunan Ceyms, İraqda bir PKK düşərgəsində qaldığı üçün günahkar bilinib. Ancaq məhkəmə onun Suriyadakı terror düşərgəsində qalmağını cinayət qəbul etməyib. Məhkəmə onun haqqında verəcəyi cəzayı daha sonra açıqlayacaq. İngiltərədə terror təşkilatına üzv olmağın cəzası 10 ilə qədər həbsdir.

 Keçən il 4 fevralda Suriyadan Böyük Britaniyaya qayıtdığı əsnada Liverpool Hava Limanında tutulan Ceyms, "terror aktlarına hazırlaşmaq" və "terror təlimi keçilən” düşərqələrdə qalmaqda ittiham edilirdi.

Qeyd edək ki, Böyük Britaniya 2001-ci ildən bəri PKK-nı terror təşkilatları siyahısına daxil etsədə YPG siyahıda deyil.

 



Әlaqәli Xәbәrlәr