Yəməndə hökumətə sadiq qüvvələr ilə Husilər arasında toqquşma yaranıb

Yəmənin Hacce vilayətində hökumətə sadiq qüvvələr ilə Husilər arasında baş verən toqquşma nəticəsində Husilərdən 25 adam ölüb.

1293671
Yəməndə hökumətə sadiq qüvvələr ilə Husilər arasında toqquşma yaranıb

Yəmənin Hacce vilayətində hökumətə sadiq qüvvələr ilə Husilər arasında baş verən toqquşma nəticəsində Husilərdən 25 adam ölüb.

Yəmən ordusuna məxsus 5-ci Hərbi Bölgənin mətbuat ofisindən yayılan məlumata görə, Husilər ölkənin şimalında yerləşən Abs və Hacce vilayətlərilə qərbdəki Et-Tine bölgəsinə hücum ediblər.

Hücumdan sonra baş verən atışmalarda 25 husi silahlısının öldüyü, xeyli sayda silahlının isə yaralandığı bildirilib.

Uzun müddətdir siyasi sabitsizliyin hökm sürdüyü Yəməndə Husilər ilə hökumətə bağlı qüvvələr arasında toqquşmalar olur.

Husilər 2014-cü ilin sentyabr ayından bəridir paytaxt Sana və bəzi bölgələrə nəzarət edərkən, Səudiyyə Ərəbistanının başçılığındakı koalisiya qüvvələri isə mart 2015-ci il tarixindən bəridir Husilərə qarşı Yəmən hökumətini dəstəkləyir.



Әlaqәli Xәbәrlәr