"BMT-nin baş katibi humanitar hüquq çərçivəsində göstərilən səyləri alqışlayır", F.Haq
BMT baş katibinin sözçülərindən Farhan Haq Türkiyə və Rusiya arasında Suriyanın şimal-şərqi üçün əldə olunan razılaşmaya barədə açıqlama verib.

BMT-nin baş katibi Antonio Quterreş gərginliyi azaltmaq və dinc vətəndaşları qorumaq üçün humanitar hüquq çərçivəsində göstərilən bütün səyləri məmnunluqla qarşılayır.
Bu barədə BMT baş katibinin sözçülərindən Farhan Haq gündəlik mətbuat konfransında deyib.
Farhan Haq Türkiyə və Rusiya arasında Suriyanın şimal-şərqi üçün əldə olunan razılaşmaya toxunaraq bildirib ki, bölgədə baş verənləri və Türkiyə ilə Rusiya arasındakı müqaviləni yaxından təqib edilir. Baş katib gərginliyi azaltmaq və mülki vətəndaşları qorumaq üçün BMT-nin nizamnaməsi və beynəlxalq humanitar hüquq çərçivəsində bütün səyləri alqışlayır.
BMT baş katibinin sözçülərindən Farhan Haq qaçqınların geri qayıtmasının könüllü, təhlükəsiz və ləyaqətli olmasının vacibliyini də dilə gətirib.
Farhan Haq BMT-nin Suriya üzrə nümayəndəsi Geir Pedersenin Konstitusiya Komitesi ilə 30 oktyabrda yığıncaq keçirəcəyini söyləyib.