Rusiya YPQ/PKK-ya xәbәrdarlıq edib

Dmitri  Peskov  Türkiyә ilә Rusiya arasında dünәn әldә olunan razılaşmanı qiymәtlәndirib.

1293077
Rusiya YPQ/PKK-ya xәbәrdarlıq edib

 

Kremlin mәtbuat katibi  Dmitri Peskov terror tәşkilatı YPQ/PKK-ya  Suriya sərhədindən çәkilmәsi ilә әlaqәdar xәbәrdarlıq edib.

Dmitri  Peskov  Türkiyә ilә Rusiya arasında dünәn әldә olunan razılaşmanı qiymәtlәndirib.

Amerika Birləşmiş Ştatlarının son illərdə terror təşkilatı YPQ/PKK üzvlәrinin әn  yaxın müttəfiqi olduğunu bildirən Peskov deyib: "Bunun nəticəsində ABŞ onları tərk etdi və bu bir növ xəyanətdir’’.

Peskov razılaşma çərçivəsində terror təşkilatı YPQ/PKK-nın sərhəddən çəkilməsinin vacibliyini vurğulayıb.

"Çәkilmәsәlәr  Suriya sərhəd təhlükəsizliyi və Rusiyanın hәrbi qüvvәlәri  çəkilmək məcburiyyətində qalar. Çәkilmәyәcәklәri tәqdirdә qarşılarında Türkiyә ordusu olacaq’’,- deyә Kremlin mәtbuat katibi bildirib.



Әlaqәli Xәbәrlәr