Banqladeş arakanlı müsəlmanları adaya köçürür

Coks (Cox's) Bazardakı hökumət rəsmisi Kamal Hüseyn verdiyi açıqlamada bildirib...

1292808
Banqladeş arakanlı müsəlmanları adaya köçürür

 

  Banqladeş höküməti 100 min arakanlı müsəlmanı Myanmar sərhədindəki dolu düşərgələrdən Benqal körfəzindəki bir adaya daşımağı planlaşdırır.

  Coks (Cox's) Bazardakı hökumət rəsmisi Kamal Hüseyn verdiyi açıqlamada adaya getmək istəyən 100 ailəni artıq siyahıya aldıqlarını söyləyib.

  Yerdəyişdirmə əməliyyatlarına noyabr ayının sonu və ya dekabrda başlanacaq. Hökumət 100 min arakanlı müsəlmanı mərhələ-mərhələ adaya köçürəcəyini bildirib.

  Banqladeşin baş naziri Şeyx Hasina arakanlı müsəlmanların köçəcəyi adada evlər, məktəblər, məscidlər və daşqınlar üçün bəndlər tikilməsi üçün tapşırıq verib.  



Әlaqәli Xәbәrlәr