Yәmәndә vәba nәticәsindә 913 nәfәr ölüb
Yəməndə vəba epidemiyası sәbәbindәn bu ilin әvvәlindәn etibarәn 913 nәfәr hәlak olub.
1292643
Yəməndə vəba epidemiyası sәbәbindәn bu ilin әvvәlindәn etibarәn 913 nәfәr hәlak olub.
Ümumdünya Sәhiyyә Tәşkilatı tәrәfindәn verilәn yazılı açıqlamada vәba epidemiyası sәbәbindәn 2019-cu ilin әvvәlindәn sentyabr ayının sonunadәk 913 nәfәrin hәlak olduğu, 696 min 537 nәfәrin dә virusa yoluxmuş ola bilәcәyi qeyd olunub.
Açıqlamada bildirilib ki, ölkәnin 333 sәmtindә 305 nәfәrin vәba epidemiyasına yoluxduğu bildirilib.
Açıqlamada həmçinin Hudeydә, Lahic, İbb, Zemmar və paytaxt Sәnada yağan leysan yağışlarından sonra epidemiya şübhәsi ilә xәstәxanaya müraciәt edәnlәrin sayının arta bilәcәyi bildirilir.