3-cü Afrika Müsəlman Dini Liderlər sammiti istanbulda keçirilir

Diyanət İşləri Başqanı Əli Erbas zirvə çərçivəsində İstanbula gələn nümayəndə heyətləri və Afrikalı “imam hatiq” məktələri tələbələriylə sübh namazında bir araya gəlib.

1292231
3-cü Afrika Müsəlman Dini Liderlər sammiti istanbulda keçirilir
musluman.jpg

Erbaş Eyüpsultan Məscidində zirvə iştirakçıları və tələbələr ilə sübh namazını qıldıqdan  sonra  Suriyanın şimalındakı separatçı terror təşkilatı YPG / PKK və DEAŞ-a qarşı mübarizə çərçivəsində başladılan “Sülh Çeşməsi” Əməliyyatına qatılan təhlükəsizlik qüvvələrinə dua edib.

Erbaşın sözlərinə görə sammitdə 52 Afrika ölkəsindən din xadimləri, dini işlər üzrə nazirlər, müftilər və tələbələr qatılıb. O qeyd edib ki, bu gün yekunlaşacaq olan zirvədə Afrika müsəlmanlarının problemləri müzakirə ediləcək.

Türkiyənin yardımlarına da toxunan Erbaş, zəkat və qurban yardımlarının 149 ölkəyə çatdırıldığını xatırladıb və bu gün 52 ölkədən Müsəlman qardaşların Türkiyədə bir araya gəlməsində   bu  yardımların  təsirli  olduğunu vurğulayıb. Erbaş həmin müsəlman ölkələrdən təxminə 20 min şagirdin Türkiyədə təhsil aldığını sözlərinə əlavə edib.

 



Әlaqәli Xәbәrlәr