Cammu Kəşmir üçün dünyanın ən uzun bayrağı açıldı

Cammu Kəşmir Həmrəylik Hərəkatının sözçüsü Uzma Qul dünyanın ən uzun bayrağını açaraq Cammu Kəşmirdə tətbiq edilən blokadaya dünyanın diqqətini çəkmək istədiklərini bildirib.

Cammu Kəşmir üçün dünyanın ən uzun bayrağı açıldı

  Hindistanın Cammu Kəşmirdə tətbiq etdiyi blokadaya etiraz üçün Pakistanda 5 kilometrlik dünyanın ən uzun bayrağı açıldı.

  Cammu Kəşmir Həmrəylik Hərəkatı və Kəşmir Gənclər Birliyi tərəfindən təşkil edilən aksiya Cinnah prospekti üzərində keçirilib.

  Cammu Kəşmir Həmrəylik Hərəkatının sözçüsü Uzma Qul dünyanın ən uzun bayrağını açaraq Cammu Kəşmirdə tətbiq edilən blokadaya dünyanın diqqətini çəkmək istədiklərini bildirib. O: “Bizim üçün Kəşmir bayrağı bir çiçəkdir. Bu gün İslamabadda dünyanın ən böyük çiçəyini açırıq", - dedi.  

  Paytaxtda prezident, baş nazir və nazirliklərin yerləşdiyi Qırmızı bölgədən başlayaraq açılan 5 kilometrlik Kəşmir bayrağını minlərlə pakistanlı qaldırıb.

  Cammu Kəşmir Həmrəylik Hərəkatı tərəfindən verilən digər məlumata görə, bayrağın Ginnes Rekordlar Kitabına düşməsi üçün müraciət edilib.

  Qeyd edək ki, bundan əvvəlki rekord 2,5 kilometrlik bayraq olub.



Әlaqәli Xәbәrlәr