Taliban hücum etdi, çox sayda mühafizәçi hәlak oldu

Bu barәdә Norqram Polis İdarәsinin rәisi Mәhәmmәd Cәmil mәlumat verib.

1289796
Taliban hücum etdi, çox sayda mühafizәçi hәlak oldu

 

Әfqanıstanın Nuristan vilayәtinin Norqram qәsәbәsindә Taliban üzvlәri ilә mühafizәçilәr arasında qarşıdurma baş verib. Hadisә nәticәsindә altı mühafizәçi hәlak olub.

Bu barәdә Norqram Polis İdarәsinin rәisi Mәhәmmәd Cәmil mәlumat verib. O, Taliban üzvlәrinin mühafizәçilәr bölmәsinә hücum etdikdәn sonra qarşıdurmanın yaşandığını deyib. Qarşıdurma nәticәsindә altı mühafizәçinin hәlak olduğunu deyәn Mәhәmmәd Cәmil ikisinin dә xәsarәt aldığını qeyd edib.

Mәhәmmәd Cәmil qarşıdurma zamanı Talibanın da çox sayda itki verdiyini sözlәrinә әlavә edib.

Taliban tәrәfindәn verilәn  açıqlamada isә hücum zamanı doqquz mühafizәçinin hәlak olduğu iddia edilib.



Әlaqәli Xәbәrlәr