ABŞ-Meksika sərhədində 1 milyona yaxın qanunsuz mühacir saxlanıldı

ABŞ-da 2019-cu maliyyə ilində Meksika sərhədində 1 milyona yaxın qanunsuz mühacir saxlanıldı.

1284491
ABŞ-Meksika sərhədində 1 milyona yaxın qanunsuz mühacir saxlanıldı

ABŞ-da 2019-cu maliyyə ilində Meksika sərhədində 1 milyona yaxın qanunsuz mühacir saxlanıldı.

Gömrük və Sərhəd Mühafizə İdarəsində (CBP) komissar vəzifəsini icra edən Mark Morqen Ağ Evə mühacirlərlə bağlı son vəziyyət barədə məlumat verdi.

Keçən il ABŞ-ın "gözlənilməz və şoka salan" səviyyədə qeyri-qanuni immiqrasiya axınına məruz qaldığını qeyd edən Morqen "CBP-nin cənub sərhəddindəki təhlükəsizlik tədbirləri nəticəsində, 2019-cu maliyyə ilində təxminən 1 milyon qanunsuz mühacir həbs edildi" dedi.

Morgan bu  rəqəmin 2018 maliyyə ilindən 88 faiz çox olduğunu ifadə etdi.

"Bu rəqəmlər dünyada hər hansı bir immiqrasiya sisteminin başa çıxa biləcəyi səviyyədə deyil” deyə Morqen vurğuladı.

Morgan həmçinin ABŞ-ın Meksika, Qvatemala və El Salvadorla əməkdaşlığı nəticəsində qeyri-qanuni mühacirlərin sayının azaldığına diqqət çəkdi.



Әlaqәli Xәbәrlәr