Avropa İttifaqı Türkiyənin qanuni təhlükəsizliklə bağlı narahatlığını başa düşür
Avropa İttifaqı (Aİ) Suriyanın şimalına istiqamətli ola biləcək əməliyyatla əlaqədar Türkiyənin qanuni təhlükəsizliklə bağlı narahatlığını başa düşdüklərini bildirdi.

Avropa İttifaqı (Aİ) Suriyanın şimalına istiqamətli ola biləcək əməliyyatla əlaqədar Türkiyənin qanuni təhlükəsizliklə bağlı narahatlığını başa düşdüklərini bildirdi.
Aİ Komissiyasının sözçüsü Maja Kocijcancic gündəlik mətbuat konfransında mövzu ilə əlaqədar sualları cavablandırdı.
Kocijcancic "Aİ Türkiyənin qanuni təhlükəsizlikləəə əlaqədar narahatlığını başa düşməklə yanaşı başından bəri Suriyadakı böhranın hərbi deyil siyasi yollarla həll edilə biləcəyini ifadə edir" deyə qeyd etdi.
Sözçü Kocijcancic Aİ-nin BMT-nin siyasi həll prosesini və Suriyanın birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.
Aİ Komissiyasının sözçüsü Kocijcancic Suriya məsələsinin gələn həftə Xarici Şurada müzakirə ediləcəyini açıqladı.
Әlaqәli Xәbәrlәr

ABŞ əsgərləri Somalidən çıxıb
ABŞ Somalidə vəzifə icra edən əsgərlərini tamamı ilə bu ölkədən çıxarıb.