Maduro: "BMT humanitar yardım göndərmədi"

Venesuela dövlət başçısı Nikolas Maduro BMT-nin ölkəsinə vəd verdiyi humanitar yardımı göndərmədiyini bildirdi.

1281550
Maduro: "BMT humanitar yardım göndərmədi"

Venesuela dövlət başçısı Nikolas Maduro BMT-nin ölkəsinə vəd verdiyi humanitar yardımı göndərmədiyini bildirdi.

Venesuela mətbuatındakı xəbərlərə görə Maduro, hökumətin göz xəstəlikləri və bu sahədəki təhsillə bağlı tətbiq edəcəyi əməliyyat planında BMT-yə və ölkəsinə sanksiya tətbiq edən ABŞ-ı tənqid etdi.

BMT-nin verdiyi vədləri yerinə yetirmədiyini bildirən Maduro ölkəsinə BMT tərəfindən hər hansı humanitar yardım göndərilmədiyini qeyd etdi.

Maduro müxtəlif yardımlar və əməkdaşlıq etdikləri Beynəlxalq Səhiyyə Təşkilatı, Panamerikan Səhiyyə Birliyi və BMT-nin Uşaqlara Yardım Fonduna (UNİCEF) isə təşəkkür etdi.

ABŞ-ın Venesuelaya tətbiq etdiyi sanksiyalara da toxunan Maduro ölkənin qanunsuz və təktərəfli sanksiyalara məruz qaldığını vurğuladı.

Maduro bu sanksiyalara baxmayaraq səhiyyə sahəsində son texnologiya məhsullarına sərmayə qoymaqdan imtina etmədiklərini açıqladı.



Әlaqәli Xәbәrlәr