Taliban qruplaşması hücum etdi, üç dinc sakin hәlak oldu
Әfqanıstan Daxili İşlәr Nazirliyinin sözçüsü Nasrat Rәhimi hadisәnin Maydan Vardak vilayәtinin Nahar qәsәbәsindә baş verdiyini deyib.
1281817

Әfqanıstanın Maydan Vardak vilayәtindә Taliban qruplaşması tәrәfindәn atılan raket mәrmisinin bir evә düşmәsi nәticәsindә üç dinc sakin hәlak olub.
Әfqanıstan Daxili İşlәr Nazirliyinin sözçüsü Nasrat Rәhimi hadisәnin Maydan Vardak vilayәtinin Nahar qәsәbәsindә baş verdiyini deyib. Hücum nәticәsindә üç dinc sakinin hәlak olduğunu bildirәn Nasrat Rәhimi bir nәfәrin dә xәsarәt aldığını ifadә edib.
Qeyd edәk ki, Taliban qruplaşması hadisә ilә bağlı açıqlama vermәyib.