Mayk Pompeo Monteneqroda sәfәrdәdir

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo ölkәsinin Monteneqronun Avropa ittifaqına üzvlük prosesini dәstәklәmәyә davam edәcәyini deyib.

1281985
Mayk Pompeo Monteneqroda sәfәrdәdir

 

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo ölkәsinin Monteneqronun Avropa ittifaqına üzvlük prosesini dәstәklәmәyә davam edәcәyini deyib.

Mayk Pompeo Monteneqronun paytaxtı Podqoritsada keçirdiyi rәsmi görüşlәr çәrçivәsindә  baş nazir Dusko Markoviç ilә birgә mәtbuat konfransı tәşkil edib.

Markoviç buradaki çıxışında ABŞ-ın Monteneqroya verdiyi dәstәyә çox әhәmiyyәt verdiklәrini ifadә edәrәk Monteneqronun hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə və mətbuat azadlığı məsələlərində fәaliyyәtlәrinә  davam edəcəyini bildirib.

Pompeo isə öz növbәsindә bildirib ki, ABŞ Monteneqronun Avropa ittifaqına üzvlük prosesini dәstәklәmәyә davam edәcәk. ABŞ  həm bir dost, həm də bir tərəfdaş olaraq Monteneqronun yanındadır.

Monteneqronun  korrupsiyaya qarşı mübarizə və mətbuat azadlığı məsələlərində regionda lider olduğunu deyən Mayk Pompeo Monteneqronu  NATO-ya üzv olduğu üçün tәbrik edib.

Mayk Pompeo Monteneqroda 50-dәn çox Amerika şirkәtinin fәaliyyәt göstәrdiyini xatırladıb.

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo Montoneqroya etdiyi sәfәr çәrçivәsindә ölkә prezidenti Milo Djukanoviç tәrәfindәn dә qәbul edilib.



Әlaqәli Xәbәrlәr