Somalidә partlayış, ölәn vә yaralananlar var

Somalinin Elaşa Biyaha bölgəsində minalanmış avtomobil ilә törәdilәn partlayış nәticәsindә altı nәfәr hәlak olub.

1280744
Somalidә partlayış, ölәn vә yaralananlar var

 

Somalinin Elaşa Biyaha bölgəsində minalanmış avtomobil ilә törәdilәn partlayış nәticәsindә altı nәfәr hәlak olub.

Polis İdarәsinin rәsmisi İbrahim Elmi paytaxt Moqadişo yaxınlığındakı Elaşa Biyaha bölgəsində hәrbi konvoyun keçdiyi zaman bombalı hücumun törәdildiyini deyib.

İbrahim Elmi hücum nәticәsindә altı nәfәrin hәlak olduğunu, çox sayda adamın da yaralandığını qeyd edib.

Bölgәyә çox sayda tәhlükәsizlik xidmәti әmәkdaşının cәlb olunduğunu deyәn İbrahim Elmi hadisә ilә bağlı istintaqın aparıldığını bildirib.

Hücuma görә mәsuliyyәti terror tәşkilatı Әs-Şәbab öz üzәrinә götürüb.

Qeyd edәk ki, ölkәnin cәnubundakı çox sayda kәnd vә qәsәbә terror tәşkilatı Әs-Şәbabın nәzarәtindәdir. Tәşkilat vaxtaşırı mülki vәtәndaşlara qarşı hücumlar törәdir.



Әlaqәli Xәbәrlәr