Səudiyyə Ərəbistanında qadınlara Silahlı Qüvvələrdə xidmət etməyə icazə verilib

Bu barədə  “Şarkul Avsat” qəzetinin yaydığı xəbərdə qeyd olunub.

1281381
Səudiyyə Ərəbistanında qadınlara Silahlı Qüvvələrdə xidmət etməyə icazə verilib

 

Səudiyyə Ərəbistanının hakimiyyəti qadınlara ölkənin Silahlı Qüvvələrdə xidmət etməyə icazə verib.

Bu barədə  “Şarkul Avsat” qəzetinin yaydığı xəbərdə qeyd olunub.

Məlumatda qeyd olunub ki, ölkənin Müdafiə Nazirliyinin Baş Qəbul və Səfərbərlik Direktorluğu qadınların güc və qabiliyyətlərini bütün sahələrdə, o cümlədən hərbidə tətbiq etməyi mühüm vəzifələrdən biri kimi qarşıya qoyan “Vision 2030” konsepsiyasını rəhbər tutub.

Qurum bundan belə qadınların quru qoşunlarında, hava qüvvələrində, dəniz qüvvələrində, hava müdafiə qüvvələrində, strateji raket qüvvələrində, habelə tibbi xidmətlərdə gizir, kiçik gizir, çavuş, qərargah çavuşu rütbələrində xidmət keçə biləcəklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr