Kişi və qadınlara maaş fərqinin aradan qaldırılması üçün birgə kampaniya başlandı

İngiltərənin 100 nüfuzlu biznes qadını iş həyatında kişi və qadınlara ödənən maaş fərqinin aradan qaldırılması üçün birgə kampaniyaya başladı.

1280593
Kişi və qadınlara maaş fərqinin aradan qaldırılması üçün birgə kampaniya başlandı

  İngiltərənin 100 nüfuzlu biznes qadını iş həyatında kişi və qadınlara ödənən maaş fərqinin aradan qaldırılması üçün birgə kampaniyaya başladı.

  Kampaniyanın rəhbəri İngiltərənin “Royal Mail” poçt xidmətinin sədri Moya Qrin (Moya Green) verdiyi açıqlamada bildirib: “İş dünyasında eyni mövqedə çalışan qadınlar kişilərdən aşağı maaşa işlədilir. Buna son qoyulması üçün ölkənin öndə gedən 100 nüfuzlu iş qadını ilə bir araya gələrək ortaq bir kampaniyaya başladıq.  

  Qadın və kişi çalışanlara verilən maaşlarda ayrı-seçkilik kimi qanunlar 40 il bundan əvvəl yazılıb və bu, əsasən hakimlərin səhvidir. Niyə kimin nə qədər alacağına onlar qərar verir?”

  Sosial media “twitter”dən "#MeTooPay" haştaqı ilə yayılan kampaniyada İngiltərə Mərkəzi Bankı (Boe) idarə heyəti sədrliyinə ən güclü namizədlərdən biri hesab edilən “London School of Economics”in (LSE) direktoru Minoş Şafik (Minouche Shafik), “Glaxo Smith Kline”in sədri Emma Uolsmsli (Emma Walmsley), televiziya aparıcısı və yazıçı Kler Boldinq (Clare Balding) kimi sahəsində uğurlu 100 qadın iştirak edir.

  Qeyd edək ki, İngiltərənin BBC media orqanı 2017-ci ildə Böyük Britaniya hökumətinin göstərişilə ən yüksək maaşlı əməkdaşların siyahısını açıqlamışdı ki, burada olanların yalnız 3-də biri qadınlar idi.

  BBC radiosunda proqram redaktorluğu edən Karen Martin isə may ayında BBC Radio Xəbərlərinin redaktor müavini təklifini həmin vəzifədəki kişi redaktora ondan illik 12 min funt-sterlinq daha çox maaş verilməsi səbəbiylə rədd etdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr