ABŞ-da qırıcı tәyyarә qәzaya uğrayıb, ölәnlәr var

Amerika Birlәşmiş Ştatlarının Konnektikut ştatında ikinci dünya müharibәsi dövrünә aid bombardmançı tәyyarә qәzaya uğrayıb. Hadisә nәticәsindә beş nәfәrin hәlak olduğu bildirilir.

1280763

Bu barәdә Konnektikut ştatının valisi Ned Lamontun sözçüsü Maks Reiss mәlumat verib. O, qeyd edib ki, ‘‘B-17’’ tipli bombardmançı tәyyarә Hartfordun şimalındakı Bradley Beynәlxalq Hava Limanı yaxınlığında qәzaya uğrayıb.

Mәlumatda bildirilib ki, hadisә zamanı beş nәfәr hәlak olub. Tәyyarәnin göyәrtәsindә ümumilikdә 13 sәrnişin, o cümlәdәn 3 heyәt üzvü olub.

Hadisәnin sәbәblәri araştırılır.

Әlaqәli Xәbәrlәr