Səudiyyə Ərəbistanı İranla dialoq üçün şərtlərini açıqladı

Səudiyyə Ərəbistanının Xarici İşləri üzrə dövlət naziri Adil əl-Cubeyr İranla dialoq üçün ölkəsinin şərtlərini açıqladı.

1280046
Səudiyyə Ərəbistanı İranla dialoq üçün şərtlərini açıqladı

Səudiyyə Ərəbistanının Xarici İşləri üzrə dövlət naziri Adil əl-Cubeyr İranla dialoq üçün ölkəsinin şərtlərini açıqladı.

Cubeyr İranın hökumət nümayəndəsi Əli Rəbiinin “Səudiyyə Ərəbistanı mövqeyində səmimi şəkildə dəyişiklik etsə görüş tələbini məmnunluqla qəbul edərik” tərzindəki açıqlamaları qarşısında şəxsi “Twitter” hesabında açıqlama verdi.

Səudiyyə Ərəbistanının “İranla görüş keçirmə istəyini bildirən məktub göndərmədiyini vurğulayan” Cubeyr ölkəsinin dialoqla bağlı şərtlərini açıqlamasında belə ifadə etdi:

“Terrora dəstək verməyi, xaos, məhv etmə siyasətinə və ərəb ölkələrinin daxili işlərinə müdaxiləyə son qoyun. Kütləvi qırğın silahlarının və ballistik raket proqramlarının inkişafını dayandırın. Terroru dəstəkləyən üsyançı bir dövlət kimi deyil, normal bir dövlət kimi davranın. Səudiyyə Ərəbistanı İranla Yəmən haqqında danışmadı, danışmayacaqdır. Yəmən böhranının səbəbi İranın roludur. Bu rejimin Yəməndə istədiyi son şey sülh və sakitlikdir”.

Rəsmi Tehran Cubeyrin verdiyi açıqlamalarla bağlı hələ şərh verməyib.

İran Parlamentinin sədri Əli Laricani Əl-Cəzirə televiziyasına müsahibəsində "Biz (Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi) Bin Selmanın Tehranla mübahisələri dialoq yolu ilə həll etmək istəyini əhatə edən açıqlamasını məmnunluqla qarşılayırıq. İranın qapıları açıqdır" ifadələrindən istifadə etmişdi.

İran hökumətinin sözçüsü Rebii bazar ertəsi günü keçirdiyi mətbuat konfransında bölgədəki ölkə liderlərindən birinin Səudiyyə Ərəbistanının Tehran rəhbərliyi ilə görüşmək istəyinə dair mesajı ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının mövqeyində səmimi dəyişiklik olacağı təqdirdə görüşmək tələbini məmnunluqla qarşılacaqlarını söyləmişdi.

 



Әlaqәli Xәbәrlәr