Sərdar Məsud Xan Cammu Kәşmirlә bağlı çağırış edib
Cammu və Kəşmir prezidenti Sərdar Məsud Xan beynəlxalq ictimaiyyətə müraciət edərək Kəşmirdə qətliamların törәdilmәsinә icazә verilməməsi ilә әlaqәdar çağırış edib.
Cammu və Kəşmir prezidenti Sərdar Məsud Xan beynəlxalq ictimaiyyətə müraciət edərək Kəşmirdə qətliamların törәdilmәsinә icazә verilməməsi ilә әlaqәdar çağırış edib.
Mәrkәzi Vaşinqtonda olan ‘‘Think talk’’ tәşkilatının Yaxın Şәrq İnstitutunda keçirilәn panel iclasına qatılan prezident Xan Hindistanın Kəşmirlә bağlı siyasətini sərt sözlərlə tənqid edib.
Hindistan baş naziri Narendra Modi rejiminin Kəşmirin statusu ilə bağlı avqust ayında qәbul etdiyi qərarı ‘‘böyük xəta’’ adlandıran Xan bu qərardan ən qısa zamanda imtina etmәlәrinin vacibliyini vurğulayıb.
Cammu Kәşmirdәki gәrgin vәziyyәtә diqqәt çәkәn Sərdar Məsud Xan beynəlxalq ictimaiyyətə müraciət edərək Kəşmirdə qətliamların törәdilmәsinә icazә verilməməsi ilә әlaqәdar çağırış edib.
Sərdar Məsud Xan hazırda Kәşmirdә neçә nәfәrin hәbsdә olduğunu bilmәdiyini, ancaq bölgәdәki bütün siyasi liderlәrin vә ictimai rәyi formalaşdıran şәxslәrin hәbsdә olduğunu vurğulayıb.
‘‘Әldә etdiyimiz mәlumatlara görә bölgәdә 20 minәdәk insan hәbs olunub. Hәbs olunanların әksәriyyәti isgәncәlәrә mәruz qalır. Yaşamaq üçün mübarizә aparırıq’’,-deyә Sərdar Məsud Xan söylәyib.
Sərdar Məsud Xan hәmçinin qeyd edib ki, bizә dәstәyini dilә gәtirәn Türkiyә, İran, Çin vә Malayziyaya tәşәkkür edirik.