Putinlә Ruhaninin görüşü olub

Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında görüş olub.

1280015
Putinlә Ruhaninin görüşü olub

 

Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı Həsən Ruhani arasında görüş olub.

Mәlumata әsasәn,  tərəflər Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi məsələsindən danışıblar. Görüşdə ikitərəfli əlaqələr və nüvə sazişi də müzakirə olunub.

Nüvə müqaviləsinin beynəlxalq problemlərin həlli üçün uğurlu model olduğunu qeyd edәn  Ruhani  sözügedən müqavilənin nəticə verməsi üçün bütün tərəflərin öhdəliklərini yerinə yetirmələrinin vacibliyini vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isә öz növbәsindә  nüvə müqaviləsinә dəstək vermәyә davam edәcәklәrini  təkrarlayaraq rәsmi Moskvanın müqavilәyә tәrәf ölkәlәrin öhdəliklərini yerinә yetirmәlәri üçün səy göstərəcəyini bildirib.

Görüşdә hәmçinin regional vә qlobal mövzular da gündәmә gәlib.



Әlaqәli Xәbәrlәr