Әfqanıstanda partlayış, ölәnlәr var
Bu barәdә Kapisa vilayәtindәki Polis İdarәsinin mәtbuat katibi Abdul Şukur Sayik mәlumat verib.

Әfqanıstanın Kapisa vilayәtindә törәdilәn partlayış nәticәsindә altı nәfәr hәlak olub.
Bu barәdә Kapisa vilayәtindәki Polis İdarәsinin mәtbuat katibi Abdul Şukur Sayik mәlumat verib. Mәlumata әsasәn, partlayış vilayәtin Nicrab qәsәbәsinin Baizhil kәndindә baş verib. Әvvәlcәdәn yol kәnarına yerlәşdirilәn bombanın partlaması nәticәsindә altı nәfәrin hәlak olduğu bildirilib. Abdul Şukur Sayik hadisә zamanı iki nәfәrin dә yaralandığını qeyd edib.
Polis İdarәsinin rәsmisi bombanın Taliban qruplaşması tәrәfindәn yol kәnarına yerlәşdirildiyini sözlәrinә әlavә edib.
Taliban tәrәfindәn verilәn açıqlamada isә mülki vәtәndaşların tәhlükәsizlik qüvvәlәri tәrәfindәn atılan raket mәrmisinin evlәrinә düşmәsi nәticәsindә hәlak olduqları iddia edilib.
Digәr tәrәfdәn Bәlx vilayәtindә hәyata keçirilәn bombalı hücum nәticәsindә bir imam hәlak olub.
Ölkәnin şimalındakı 209-cu komandanlığın mәtbuat katibi Mәhәmmәd Hanif Rezai verdiyi açıqlamada Belxin Dereçi kәndindә yol kәnarına yerlәşdirilәn bombanın partlaması nәticәsindә bir nәfәrin hәlak olduğunu bildirib. Hücum zamanı iki nәfәrin dә xәsarәt aldığı qeyd olunub.
Rezai hücumun Taliban qruplaşması tәrәfindәn hәyata keçirildiyini vurğulayıb.
Taliban qruplaşması isә hadisә ilә bağlı açıqlama vermәyib.
Әlaqәli Xәbәrlәr

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 83 mini keçib.