Donald Tramp impiçmenti çevriliş ilә müqayisә edib

Bu barədə Donald Tramp şәxsi internet sәhifәsindә  yazıb.

1280106
Donald Tramp impiçmenti çevriliş ilә müqayisә edib

 

ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.

Bu barədə Donald Tramp şәxsi internet sәhifәsindә  yazıb.

Donald Tramp  mövzu ilә bağlı detalları öyrəndikcə baş verənlərin impiçment deyil, çevriliş olduğunu, təşəbbüsün vətəndaşlıq haqlarını aradan qaldırmağı qarşısına məqsəd qoyduğunu irəli sürdü.

Xatırladaq ki, ABŞ-da son günlər Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı ətrafinda böyük qalmaqal yaranıb. Bu qalmaqal konqresdə Birləşmiş Ştatlar liderinin impiçment prosedurunun başlamasına səbəb olub. İddialara görə, Donald Tramp Zelenskidən Kiyevə maliyyə və hərbi yardım qarşılığında Amerikanın sabiq vitse-prezidenti Cozef Baydenin oğlunun Ukraynadakı fəaliyyətinə dair təhqiqata başlamağı xahiş edib. Demokrat Co Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Trampın əsas rəqibi sayılır.



Әlaqәli Xәbәrlәr