"ABŞ mövcud planlarını kənara qoyub yeni mövqe nümayiş etdirməlidir", K.Sonq

Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Han Tae Sonq Amerika Birləşmiş Ştatlarının nüvə müzakirələrinə münasibət bildirərək deyib...

1279159
"ABŞ mövcud planlarını kənara qoyub yeni mövqe nümayiş etdirməlidir", K.Sonq

  Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Han Tae Sonq Amerika Birləşmiş Ştatlarının nüvə müzakirələrinə münasibət bildirərək “Şimali Koreya – ABŞ danışıqları yeni bir fürsət pəncərəsi olacaq, yoxsa böhran dərinləşəcək, bu, tamamilə Amerikaya bağlıdır" deyə bildirib.

  BMT baş assambleyasındakı çıxışında H.T.Sonq deyib:

  “Koreya yarımadasında sülh üçün ABŞ və Şimali Koreya başçıları arasında 2018-ci ilin 12 iyununda Sinqapurda keçirilən sammitdə verilən qərarların tam icrası mümkündür.

  ABŞ – Şimali Koreya zirvə toplantısının üzərindən bir ildən çox keçib və bu zaman aralığında iki ölkə arasındakı münasibətlərdə az irəliləyiş qeydə alınıb.

  Koreya yarımadası ABŞ-ın siyasi və hərbi təxribatlarının səbəb olduğu gərginlikdən qaynaqlanan qapalı dairədən hələ çıxmayıb.  

  ABŞ mövcud planlarını bir kənara qoyub bizə qarşı yeni bir mövqe nümayiş etdirməlidir. Biz də Amerikanın bu cəsarətli addımını səbirlə gözləyirik.

  Danışıqlara davam etməyə hər zaman hazırıq.

  Şimali Koreya - ABŞ danışıqları yeni bir fürsət pəncərəsi olacaq, yoxsa böhranı dərinləşdirəcək, bu, tamamilə Amerikaya bağlıdır".



Әlaqәli Xәbәrlәr