ABŞ-ın yeni baş qərargah rəisi Mark Milli oldu

Qeyd edək ki, D.Tramp ötən ilin dekabr ayında M.Milliyi namizəd göstərdiyini “twitter”də açıqlamışdı.

1279332
ABŞ-ın yeni baş qərargah rəisi Mark Milli oldu

 

  Amerika Birləşmiş Ştatlarının baş qərargah rəisi, ordu generalı Cozef Danford (Joseph Dunford) Vircinia ştatındakı müştərək Myer-Henderson hərbi bazasında keçirilən mərasimlə vəzifəsini quru qüvvələri komandiri, ordu generalı Mark Milliyə (Mark Milley) təhvil verdi.

  Ölkə prezidenti Donald Tramp mərasimdə etdiyi çıxışında: “ABŞ ordusunu dünya tarixinin ən güclü ordusu etmişik”, - dedi.

  Mərasimdə ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence), dövlət katibi Mayk Pompeo (Mike Pompe) və müdafiə naziri Mark Esper də iştirak ediblər.

  Qeyd edək ki, D.Tramp ötən ilin dekabr ayında M.Milliyi namizəd göstərdiyini “twitter”də açıqlamışdı.

  ABŞ-ın 20-ci baş qərargah rəisi olan Mark Milli Amerika ordusunda xarizmatik şəxsiyyət olaraq tanınır. O həm də qadınların münaqişə bölgələrində xidmət etməsinə verdiyi dəstəklə tanınır.

  M.Milli Əfqanıstandakı xidmətini başa vurduqdan sonra “Taliban” tərəfindən yaxalanan və ABŞ-la məhkum dəyişikliyi müqabilində sərbəst buraxılan çavuş (serjant) Bou Berqdalın (Bowe Bergdahl) işini araşdıran hərbçidir.

  ABŞ senatı iyuldakı səsvermədə bir əleyhinə olmaqla 89 lehinə səslə ordu generalı Mark Millinin yeni baş qərargah rəisi olmasına qərar verib. Mark 2015-ci ildən quru qüvvələri komandiri vəzifəsində çalışırdı.

  Cozef Danford isə 2015-ci ildə keçmiş ABŞ prezidenti Barak Obama tərəfindən baş qərargah rəisi təyin olunmuşdu və onun vəzifə müddəti Tramp dövründə 2 il uzadılmışdı.  

 



Әlaqәli Xәbәrlәr