Fransanın baş naziri İslam əleyhinə açıqlamaları "iyrənc" olaraq qiymətləndirdi

Fransanın baş naziri Eduard Philip ultra sağçıların təşkil etdiyi bir yığıncaqda verilən İslam əleyhinə açıqlamaları "iyrənc" olaraq qiymətləndirdi.

1278433

Ultra sağçıların təşkil etdiyi yığıncaqda müsəlmanların birbaşa hədəf alındığı ifadələri "iyrənc" kimi qiymətləndirən Filip bu ifadələrin həmin zamanda Fransanın dəyərlərinə zidd olduğunu söylədi.

Görüş iştirakçılarından yaçızı Erik Zemmur çıxışında "Miqrasiya problemləri  İslamla getdikcə artır. Gənc fransızlar atalarının torpaqlarında azlıq kimi yaşamağa razılıq verəcəklərmi? Bunu qəbul edəcəkləri tədirdə müstəmləkəni haqq edirlər, əks təqdirdə toqquşmaq məcburiyyətində qalacaqlar” dedi.

Beziers bələdiyyəsinin sədri Robert Menard isə Fransada İslam hakim olacağı təqdirdə küçələrdə qadın olmayacağını iddia etdi.

Politoloq Marion Mareşal “Le Pen” də fransız yazıçısı Renaud Camusun Avropanı mühacirlər tərəfindən işğal ediləcəyi ilə bağlı fikirləri irəli sürdü.

Әlaqәli Xәbәrlәr