Fransada “sarı jiletlilər”in 46-cı həftəsi
Fransada “sarı jiletlilər” aksiyaların 46-cı həftəsində yenə ölkə prezidenti Emmanuel Makron rəhbərliyinin siyasətinə etiraza qalxdı.

Yanacaq qiymətlərinin artması və çətin iqtisadi vəziyyətə etiraz olaraq başlayan, daha sonra Makron hakimiyyətinə qarşı aksiyalara çevrilən “sarı jiletlilər”in nümayişləri aylardır davam edir.
Paytaxt Parisdə müxtəlif küçələrdə yürüşə çıxan nümayişçilər hökumət əleyhinə şüarlar atıb.
Möhkəm təhlükəsizlik tədbirləri altında baş verən son mitinqlərdə hər hansı hadisə baş verməyib.
Polis Yelisey (Champs-Elysees) meydanı və apreldə çıxan yanğında böyük zərər görən Notr-Dam (Notre-Dame) kilsəsinin ətrafında aksiya keçirilməsini qadağan edib.
Tuluzada (Toulouse) keçirilən aksiyada polislə etirazçılar arasında gərginlik yaşanıb. Nümayişçilər Kapitoli (Capitol) meydanında bir restoranın eyvanında olan böyük çətiri atəşə veriblər. Polis onlara bibər qazı və təzyiqli su ilə müdaxilə edib.
Mitinqlərdə 5 nəfər nəzarətə götürülüb.
Paytaxtdan başqa da ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirilib.
Fransa Daxili İşlər Nazirliyi etirazçıların sayına dair hər hansı məlumat verməyib.
Xatırladaq ki, “Sarı jiletli”lərin aksiyaları 17 noyabr 2018-ci ildən başlayıb. Nümayişlərdə indiyə qədər 11 nəfər həyatını itirib, 4245-dən çox adam yaralanıb və 12.107 isə saxlanılıb.