Filippin prezidenti Rusiyaya gedir
Filippin prezidenti Rodriqo Duterte oktyabrın 1-dən 5-dək Rusiyaya səfər edəcək.

Filippin prezidenti Rodriqo Duterte oktyabrın 1-dən 5-dək Rusiyaya səfər edəcək. Bu barədə Filippin Xarici İşlər Nazirliyinin nümayəndəsi Amelita Akino prezident Rodriqo Dutertenin Rusiyaya səfərinə həsr olunmuş mətbuat konfransı zamanı məlumat verib.
A.Akino bildirib ki, Filippin lideri səfər çərçivəsində Moskva və Soçi şəhərlərinə gedəcək. Rusiya prezidenti ilə ikitərəfli əlaqələr və beynəlxalq mövzular ətrafında müzakirələr aparacaq Filippin dövlət başçısı dəvət edilən digər həmkarları ilə birlikdə Valday klubunun plenar iclasında iştirak edəcək.
Bundan əlavə, prezident R.Duterte Rusiya-Filippin biznes forumuna qatılacaq, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda kiçik mühazirə ilə çıxış edəcək və Rusiyadakı Filippin icmasının üzvləri ilə görüşəcək.