"Xalq rejimin devrilməsini istəyir"

Birləşmiş Millətlər Təşkilatı Misirdəki genişmiqyaslı həbslərdən narahatlıq duyulduğunu bildirib, hökumətə nümayişçilərə hörmətlə yanaşmağa çağırıb.

1277847
"Xalq rejimin devrilməsini istəyir"

  Misirdə prezident Əbdul Fəttah es-Sisinin əleyhdarları və tərəfdarları arasında sentyabrın 27-də cümə namazından sonra eyni zamanda mitinqlər olub.

  Misirin Kuş və Kina şəhərlərində Sisi əleyhinə nümayişlər keçirilib. Çox sayda adamın iştirak etdiyi aksiyalarda "Sisi, rədd ol", "Xalq rejimin devrilməsini istəyir" şüarları səsləndirilib.

  “Ahbar el-Yevm” qəzetinin internet saytına görə, Sisi havadarları isə paytaxt Qahirənin şərqində toplaşıb. Yüzlərlə nümayişçi "Yaşa, Sisi", "Çox yaşa, Misir" şüarları atıb. Xəbərə dair fotoşəkildə isə insan sayının çox az olması və onların əsasən başqa yerlərdən gəlmələri diqqət çəkib.

  Sisi əleyhinə nümayişlərə tədbir məqsədilə Qahirənin mərkəzindəki Təhrir meydanına gedən bütün yollar təhlükəsizlik qüvvələri tərəfindən bağlanılıb.

  Misir orqanlarından aksiyalara münasibətlə bağlı hələ ki rəsmi açıqlama edilməyib. Prezident Sisi isə “facebook”dan yayımlanan videoda xalqı ona qarşı keçirilən nümayişlərdən narahat olmamağa çağırıb.

  Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Misirdəki genişmiqyaslı həbslərdən narahatlıq duyulduğunu bildirib, hökumətə nümayişçilərə hörmətlə yanaşmağa çağırıb.



Әlaqәli Xәbәrlәr