Nigeriyada maşın minaya düşüb, ölәnlәr var

Bu barәdә Borno әyalәtindәki Polis İdarәsindәn verilәn mәlumatda bildirilib.

1277601
Nigeriyada maşın minaya düşüb, ölәnlәr var

 

Nigeriyanın şimal-şәrqindәki Borno әyalәtindә yol kәnarına yerlәşdirilәn bombanın partlaması nәticәsindә yeddi nәfәr hәlak olub.

Bu barәdә Borno әyalәtindәki Polis İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, hadisә Borno әyalәti yaxınlığındakı Buratai bölgәsindә baş verib. Maşının minaya düşmәsi nәticәsindә yeddi nәfәrin hәlak olduğu bildirilir.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb. Boko Haram tәşkilatının bölgәdә buna bәnzәr hücumlar törәtdiyi qeyd olunub.

Terror tәşkilatı Boko Haram son zamanlarda hәrbçilәri hәdәf alır.



Әlaqәli Xәbәrlәr