Yaponiyanın baş naziri KXDR, Səudiyyə Ərəbistanı və İranla bağlı mövqeyini açıqladı

BMT Baş Məclisində çıxışı zamanı Yaponiyanın Baş naziri bu yaxınlarda Səudiyyə Ərəbistanının neft obyektlərinə olan hücumları qınayıb, lakin ABŞ-dan fərqli olaraq, İranla dostluq münasibətlərini əsas götürdüyünü söyləyib.

1275736
Yaponiyanın baş naziri KXDR, Səudiyyə Ərəbistanı və İranla bağlı mövqeyini açıqladı

  Yaponiyanın baş naziri Şinzo Abe BMT-nin ABŞ-dakı Baş Məclisindəki çıxışında KXDR və Səudiyyə Ərəbistanı ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. O, Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen İn ilə heç bir ilkin şərt olmadan görüşə hazır olduğunu bu sözlərlə bildirib: “Yaponiya ABŞ prezidenti Donald Trampın məsələyə münasibətini dəstəkləyir. İki ölkə başçılarının parlaq gələcək naminə qarşıda duran problemin açıq şəkildə həllinə çalışması Şimali Koreya ilə ünsiyyətin mexanizmini dəyişib. Mən özüm də Koreya Əmək Partiyasının sədri Kim Çen İn ilə heç bir ilkin şərt olmadan birbaşa görüşə hazıram. Bizim dəyişməz məqsədimiz Şimali Koreya tərəfindən zorakılığa məruz qalan Yaponiya vətəndaşları, atom və raket proqramları kimi problemləri kompleks həll etməkdən və bədbəxt keçmişə son qoyaraq ölkələr arasında normal münasibətlərin qurulmasından ibarətdir”.

  Qeyd edək ki, Yaponiya uzun müddət Şimali Koreyaya münasibətdə “dialoq naminə dialoq”un faydasız olması mövqeyində dayanıb. Lakin son vaxtlar Çimali Koreya hökumət nümayəndələrinin ABŞ, Cənubi Koreya və Çin ölkə başçıları ilə görüşü və Rusiyaya səfəri Yaponiyanı çevik mövqe tutmağa məcbur edib.

  BMT Baş Məclisində çıxışı zamanı Yaponiyanın Baş naziri bu yaxınlarda Səudiyyə Ərəbistanının neft obyektlərinə olan hücumları qınayıb, lakin ABŞ-dan fərqli olaraq, İranla dostluq münasibətlərini əsas götürdüyünü söyləyib. Abe Şinzo İranın dini rəhbəri Ayətullah Əli Xameneinin İranın nüvə silahına yiyələnmək və ya tətbiq etmək niyyətində olmaması barədə bəyanatına çox dəyər verdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr