Makron: "Fransa miqrantları yaxşı qarşılamaq istəyir, bu səbəbdən hamını qəbul edə bilməz"

Fransa prezidenti Emmanuel Makron son illərdə Avropaya miqrasiyanın artdığını və artmağa davam edəcəyini bildirdi.

1276250
Makron: "Fransa miqrantları yaxşı qarşılamaq istəyir, bu səbəbdən hamını qəbul edə bilməz"

  Fransa prezidenti Emmanuel Makron "Europe 1" radiosuna müsahibə verdi.

Makron müsahibəsində prezident vəzifəsinə başladıqdan bu yana Fransadan sığınacaq istəyənlərin sayında ciddi artım olduğunu və bu məsələdə Avropa ölkələri arasında kifayət qədər əməkdaşlığın olmadığını bildirdi.
 
 Makron miqrantları yaxşı qarşılamağa söz verdiyini xatırladaraq: "Mənim qoyduğum hədəf bu idi. 2017-ci ilin iyulunda bu barədə söz vermişdim, lakin bu sözü yerinə yetirə bilmədik. Fransa miqrantları yaxşı qarşılamaq istəyir, bu səbəbdən hamını qəbul edə bilməz" dedi.
 
Fransa prezidenti Avropada sığınacaq və miqrant məsələsində ümumi bir siyasət və qaydaların yaradılmasının, orunmağa ehtiyacı olan miqrantlara üstünlük verilməsinin, ölkəyə qeyri-qanuni daxil olan və sığınacaq hüququna malik olmayanların geri göndərilməsinin vacibliyini qeyd etdi.
 



Әlaqәli Xәbәrlәr